Formula-1-in ən varlıları AÇIQLANDI - SİYAHI

Formula-1-in ən varlıları AÇIQLANDI - SİYAHI

Hazırda oxunan: Formula-1-in ən varlıları AÇIQLANDI - SİYAHI
185745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nüfuzlu “Forbes” nəşri ənənəvi olaraq milyarderlərin yeni reytinqini dərc edib. 

Bizim.Media xəbər verir ki, nəşr ayrı-ayrı sahələr üzrə siyahıları da təqdim edib. 

Formula 1 dünyasının milyarderləri sırasına “Mersedes” komandasının hazırkı həmsahiblərindən biri Toto Volf da düşüb. Ümumi siyahıda Formula 1 dünyası ilə əlaqəli milyarderlərin sıralamaya görə yeri belədir:

34. Mark Mateşitz (“Red Bull”un yaradıcısı Ditrix Mateşitzin oğlu) – 39,6 milyard dollar;

295. Piero Ferrari (“Ferrari”nin vitse-prezidenti və qurucusu Enzo Ferrarinin oğlu) – 8,6 milyard dollar;

809. Lourens Stroll (“Aston Martin” Formula 1 komandasının sahibi) – 3,9 milyard dollar;

949. Maykl Lətifi (“McLaren” Formula 1 komandasının sərmayəçisi, bir müddət çempionatda çıxış edən pilot Nikolas Lətifinin atası) – 3,4 milyard dollar;

1380. Berni Ekklstoun (Formula 1-in keçmiş rəhbəri) – 2,4 milyard dollar;

1380. Dmitriy Mazepin (Formula 1 komandası “Haas”ın keçmiş sürücüsü Nikita Mazepinin atası və həmin komandanın keçmiş sponsoru) – 2,4 milyard dollar;

1945. Toto Volf (“Mersedes” komandasının rəhbəri və səhmdarı) – 1,6 milyard dollar.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO