Məşhur Formula-1 pilotu “Ferrari” ilə ANLAŞDI 

Məşhur Formula-1 pilotu “Ferrari” ilə ANLAŞDI 

Hazırda oxunan: Məşhur Formula-1 pilotu “Ferrari” ilə ANLAŞDI 

176281

Yaxın bir neçə gün ərzində Lyuis Həmilton “Ferrari” ilə müqavilə imzalayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məlumat verib.

Mənbənin xəbərinə görə, yeddiqat dünya çempionu 2025-ci ildən etibarən İtaliya komandasında çıxış edəcək. Hazırda britaniyalı pilot “Ferrari” ilə müqavilənin son şərtlərini razılaşdırır.
Lyuisin “Mersedes”lə müqaviləsi 1+1 sxemi üzrə imzalanıb. Buna görə də o, gələn il sərbəst qala biləcək.

Xatırladaq ki, son çempionatda Həmilton 234 xal toplayaraq 3-cü yeri tutmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO