“Formula 1”: 2023 mövsümünə yekun vuruldu - Yenə Maks Ferstappen qalib oldu

“Formula 1”: 2023 mövsümünə yekun vuruldu - Yenə Maks Ferstappen qalib oldu

Hazırda oxunan: “Formula 1”: 2023 mövsümünə yekun vuruldu - Yenə Maks Ferstappen qalib oldu

166215

“Formula 1” üzrə dünya çempionatında 2023 mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, mövsümün son Qran-prisi Əbu-Dabidə keçirilib.

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 23-cü mərhələnin də qalibi olub. Bununla üçqat dünya çempionu mövsüm ərzində 19-cu, ümumilikdə isə 54-cü qələbəsini qazanıb.
İkinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub. İlk “üçlüy”ü “Mercedes”in sürücüsü Corc Rassell qapayıb.

Beləliklə, Maks Ferstappen 575 xalla pilotların, “Red Bull” isə 860 xalla komandaların yarışında mövsümü zirvədə başa vurub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO