“Formula 1”: Ferstappen ardıcıl 9-cu qələbəsini qazandı

“Formula 1”: Ferstappen ardıcıl 9-cu qələbəsini qazandı

Hazırda oxunan: “Formula 1”: Ferstappen ardıcıl 9-cu qələbəsini qazandı

152571

“Formula 1” üzrə dünya çempionatında Niderland Qran-prisinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 72 dövrəlik mübarizədə “Red Bull” pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Niderlandlı sürücü ardıcıl 9-cu Qran-pridə finişə birinci çataraq, Sebastian Fettelə məxsus rekordu təkrarlayıb.

“Aston Martin”dən Fernando Alonso ikinci, “Alpin”dən Pyer Qasli isə üçüncü yeri tutub.

Pilotların yarışında ümumi xallarının sayını 339-a çatdıran Ferstappen liderliyini bir qədər də möhkəmlədib. Onun komanda yoldaşı Serxio Peres 201 xalla ikinci, Fernando Alonso isə 168 xalla üçüncü pillədə qərarlaşıb.
Komandaların mübarizəsinə isə “Red Bull” 503 xalla başçılıq edir. “Mercedes” (247) ikinci, “Aston Martin” (196) üçüncü sırada yer alıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO