“Red Bull Racing”in rəsmisi: Serxio Peres Azərbaycan Qran-Prisində inanılmaz idi

Hazırda oxunan: “Red Bull Racing”in rəsmisi: Serxio Peres Azərbaycan Qran-Prisində inanılmaz idi

133637

“Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisində uğurla çıxış etdi. O, sprint və əsas yarışda qalib gəlməklə hesabına 33 xal yazdırdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Formula 1 üzrə dünya çempionatında mübarizə aparan “Red Bull Racing” komandasının rəhbəri Kristian Horner S.Peresin Azərbaycan Qran-Prisində qalib olması barədə danışarkən deyib.

Avstriya komandasının rəsmisi qeyd edib ki, S.Peres həmişə Bakı şəhər halqasında möhtəşəm çıxış edir. Düzü bunun hansı səbəbdən qaynaqlandığını bilmirəm. O, Azərbaycan Qran-Prisində uğurlu mübarizəsi ilə yadda qalır. Etiraf edim ki, təhlükəsizlik avtomobilinin trekə çıxması da onun işinə yaradı.

O bundan yüksək məharətlə istifadə edib, ön sıralara keçməyi bacardı. Həmdə o, bu gün çox sürətli idi. Rəqibləri arasında vaxt fərqini artırmağı bacarmışdı. Serxio bütün məqamları diqqətdə saxlamışdı. Həqiqətən o, Azərbaycan Qran-Prisində inanılmaz idi.
Qeyd edək ki, aprelin 30-da keçirilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull Racing”in pilotu Serxio Peres birinci, onun komanda yoldaşı Maks Ferstappen ikinci olublar. İlk üçlüyü “Ferrari”dən Şarl Lekler tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO