COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara BAŞLADI - FOTO

COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara BAŞLADI - FOTO

Hazırda oxunan: COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara BAŞLADI - FOTO
207575
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən Bizim.Media-ya bildirilib ki, tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkili üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə texniki sınaq mərhələsinə start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Meksika COP29-da iştirak EDƏCƏK - FOTO


Texniki Konsepsiyanın Təsdiqi (Proof of Concept – PoC) adlanan bu mərhələ COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə 19 avqust tarixində tədbir məkanı olan Bakı Stadionunda başlayıb.


Sınaqların ilk günü UNFCCC nümayəndələri hazır infrastrukturlarda mövcud sistemlərlə tanış olub, iki mövcud məlumat bazası mərkəzini, eləcə də aqreqasiya və kommunikasiya otaqlarını ziyarət ediblər.

Üç həftə davam edəcək PoC mərhələsi iqlim konfransı zamanı istifadə ediləcək şəbəkə və xidmətlərin təhlükəsizliyi, funksionallığı və effektivliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçiriləcək.

Bu yoxlamalar İKT və simsiz şəbəkə xidmətlərinin təhlükəsizliyi, akkreditasiya prosesinin simulyasiya sınaqları, eləcə də kibertəhlükəsizlik sınaqları kimi bir sıra mərhələləri əhatə edəcək. Bu yoxlamalar tədbir zamanı baş verə biləcək hər hansı bir problemin qarşısının alınması üçün texniki hazırlıqların təmin edilməsinə imkan yaradaraq mümkün risklərin qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək PoC yoxlamalarına həmçinin tədbir məkanında fəaliyyət göstərəcək tərəfdaş və podratçı şirkətlərin müvafiq heyətləri də cəlb olunacaq. PoC sınaq mərhələsinin yekununda COP29 konfransında tətbiq ediləcək İKT infrastrukturunun hazırlıq səviyyəsi qiymətləndirilərək təsdiqlənəcək və sistemlərin tam işlək hala gətirilməsi təmin olunacaq.

COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara BAŞLADI - FOTO - foto 1
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara BAŞLADI - FOTO - foto 2
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara BAŞLADI - FOTO - foto 3
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara BAŞLADI - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO