Özəl klinikalarda vətəndaşlara icbari tibbi sığorta ilə xidmət göstərilməsi üçün 300 137 göndəriş verilib

Özəl klinikalarda vətəndaşlara icbari tibbi sığorta ilə xidmət göstərilməsi üçün 300 137 göndəriş verilib

Hazırda oxunan: Özəl klinikalarda vətəndaşlara icbari tibbi sığorta ilə xidmət göstərilməsi üçün 300 137 göndəriş verilib
181448
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara həmin müəssisələrdə tibbi xidmət göstərilməsi üçün 300 137 göndəriş verilib.

Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 155 361 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 2857-si uşaqlara, 152 504-ü isə böyüklərə göstərilib.

Sözügedən əməliyyat və prosedurlardan 43 min 650-ni ürək-damar, 38 min 115-ni oftalmoloji, 31 min 097-ni invaziv radiologiya xidmətləri təşkil edib.

Xatırladaq ki, ötən ilin avqust ayında xidmətlər zərfinə qaraciyər, böyrək və sümük iliyi transplantasiyası xidmətləri daxil edilib. 5 ay ərzində 37 belə əməliyyat həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO