TƏBİB-dən son günlər uşaqlar arasında yayılan virusla bağlı XƏBƏRDARLIQ  

TƏBİB-dən son günlər uşaqlar arasında yayılan virusla bağlı XƏBƏRDARLIQ  

Hazırda oxunan: TƏBİB-dən son günlər uşaqlar arasında yayılan virusla bağlı XƏBƏRDARLIQ  
120687
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur”. 

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədovanın sözlərinə görə, hava-damcı yolu ilə keçən virus və infeksiyalar uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olur: 

“Tez-tez xəstələnən uşaqların valideynləri bu kimi hallarda bəzən qeyri-tibbi müalicə üsullarına (çöpçülərə və s.) meyil göstərirlər. 

Çöpçülər tərəfindən yuxarı tənəffüs yolu orqanlarından müxtəlif şəkildə əşyalar, meyvə tumları, ərzaq qırıntıları və s. kimi yad cisimlərin “çıxarılması” hallarına təsadüf olunur. Belə hallar orqanlarda zədələnmələrə, doğrudan da, yad cisim olarsa isə, onun ağciyərlərə keçməsinə, əlavə infeksiyaların və digər xəstəliklərin yaranmasına səbəb ola bilər. 
Valideynlərə tövsiyəm budur ki, uşaqlarının narahatlıqları ilə bağlı ilk olaraq həkim-pediatra müraciət etsinlər. Pediatr yad cismin olması ilə bağlı şübhələndikdə pasiyenti qulaq, burun, boğaz, uşaq cərrahı həkiminə yönləndirə bilər. Belə olan halda körpələri və uşaqları təhlükəsiz şəkildə sağaltmaq mümkündür”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO