Nüsrət Kəsəmənlinin oğlu:

Nüsrət Kəsəmənlinin oğlu: "Üzrxahlıq heç nəyi həll etmir"

Hazırda oxunan: Nüsrət Kəsəmənlinin oğlu: "Üzrxahlıq heç nəyi həll etmir"

122527
“Üzr istəmək heç nəyi həll etmir. Günhakar, bu işin əsas səbəbkarı kimdirsə, o, üzə çıxmalıdır. Bunu da aidiyyəti orqanlar müəyyənləşdirəcək. Məhkəmə olandan sonra nəticə bilinəcək və bu barədə media nümayəndələrinə məlumat veriləcək”x9d.

Bunu Moderator.az-a açıqlamasında Rəşad Kəsəmənli xa0atası mərhum şair Nüsrət Kəsəmənlinin, eləcə də bir neçə şairin şeirlərini öz adına çıxmaqda ittiham edilən Pünhanə Əliyeva haqqında danışarkən deyib.xa0

R.Kəsəmənli P.Əliyevanın kitabın redaktoru Nəcibə İlkin barəsində ittihamlarına da aydınlıq gətirib: “Redaktorun günahkar olduğunu deyə bilmərəm, şər atmış olaram. Sübut yoxdursa, əminlik yoxdursa iddia irəli yürüdüb kimisə günahkar çıxarmaq şər atmağa bərabərdir”x9d.xa0

Qeyd edək ki, Pünhanə Əliyeva adlı bir şairə Azərbaycanın görkəmli şairləri Məmməd Araz və Nüsrət Kəsəmənlinin, həmçinin bir neçə gənc şairin şeirlərini öz adına çıxaraq kitab halına salmışdı. P.Əliyeva isə həmin şeirləri kitaba redaktor Nəcibə İlkin tərəfindən daxil edildiyini bildirərək şairlərin ruhundan və onların yaxınlarından üzr istəmişdi.
xa0xa0
Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO