Ərdoğan İstanbulda müalicə alan mədən işçilərini ziyarət etdi

Ərdoğan İstanbulda müalicə alan mədən işçilərini ziyarət etdi

Hazırda oxunan: Ərdoğan İstanbulda müalicə alan mədən işçilərini ziyarət etdi
99585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında mədəndə baş verən partlayış zamanı xəsarət alaraq müalicə üçün İstanbulda yerləşdirilən mədən işçilərini ziyarət edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında müalicəsi davam edən işçilərin sağlamlıq vəziyyəti ilə bağlı məlumatlandırılıb.

Mediaya açıqlama verən Türkiyə Prezidenti bildirib ki, hadisə, eləcə də yaralı işçilərlə bağlı bütün işlər həkimlər və aidiyyəti qurumlar tərəfindən icra edilir.

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən daş-kömür mədənində partlayış baş verib.

Hadisə nəticəsində 41 nəfər ölüb. Yaralanan mədən işçilərindən altısı İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO