Ukrayna prezidentindən Türkiyəyə diqqətçəkən BAŞSAĞLIĞI: Türkcə.. - FOTO

Ukrayna prezidentindən Türkiyəyə diqqətçəkən BAŞSAĞLIĞI: Türkcə.. - FOTO

Hazırda oxunan: Ukrayna prezidentindən Türkiyəyə diqqətçəkən BAŞSAĞLIĞI: Türkcə.. - FOTO
99429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə öz rəsmi tviter hesabında türk dilində paylaşım edib. 

Onun bu paylaşımı məhz türk dilində etməsi izləyicilərin diqqətçini çəkib, təqdir edilib.

“Bartının Amasra bölgəsində mədəndə partlayışın baş verməsi xəbərini dərin kədərlə öyrəndim. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı çatdırıram, yaralıların isə tezliklə sağalmasını diləyirəm”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, dünən Bartında axşam saatlarında baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.

Bizim.Media

Ukrayna prezidentindən Türkiyəyə diqqətçəkən BAŞSAĞLIĞI: Türkcə.. - FOTO - foto 1

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO