Nur-Sultanın əsas küçəsinə Heydər Əliyevin adı veriləcək

Nur-Sultanın əsas küçəsinə Heydər Əliyevin adı veriləcək

Hazırda oxunan: Nur-Sultanın əsas küçəsinə Heydər Əliyevin adı veriləcək
90342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nur-Sultan şəhərində əsas küçələrdən birinin Heydər Əliyevin adına dəyişdirilməsi ilə bağlı göstəriş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tengrinews.kz nəşri yayıb. 

“Bir vaxtlar paytaxtımızın küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı verilmişdi. Ancaq şəhər inkişaf edir və indi bu küçə o qədər də təsirli görünmür.

Ona görə də mən qərar qəbul etdim və paytaxt rəhbərinə göstəriş verdim ki, paytaxtımızın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin adının verilməsi təklif edilsin.
Yəni küçənin adını daha uyğun yerə keçirəcəyik. Hesab edirəm ki, bu, kifayət qədər doğru qərardır”. Tokayev bu haqda avqustun 24-də Bakıya bir gün əvvəl baş tutan səfəri zamanı deyib.

Bizim.Media

Nur-Sultanın əsas küçəsinə Heydər Əliyevin adı veriləcək - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO