İlon Mask işçisinin ondan əkiz uşaq dünyaya gətirməsindən DANIŞDI 

Hazırda oxunan: İlon Mask işçisinin ondan əkiz uşaq dünyaya gətirməsindən DANIŞDI 

82964

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Neuralink” şirkətinin əməkdaşı Şivon Zilisin ondan əkiz uşaq dünyaya gətirməsi xəbərinə münasibət bildirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, uşaqlar 2021-ci ildə Texasda dünyaya gəlib.

Mask rəsmi “Twitter” hesabında yazıb ki, bu yolla bəşəriyyətin əhalisinin azalması ilə mübarizə aparır.

“Bəşəriyyətin əhalisinin azalması ilə mübarizə aparmaq üçün əlimdən gələni edirəm. Doğuş nisbətinin kəskin azalması sivilizasiyamız üçün hər şeydən qat-qat ciddi təhlükədir” – deyə, milyarder bildirib.
“PageSix” nəşrinə verdiyi müsahibədə İlon daha çox varis istədiyini söyləyərək, “vaxt ayıra bildiyi və yaxşı ata ola biləcəyi” qədər uşaq sahibi olacağını dilə gətirib:

“Böyük uşaqlarım kollecə gedir, yeniyetmələr valideynləri ilə çox vaxt keçirmək istəmirlər. Mən isə bunun tam əksini düşünürəm”.

Milyarder soyadından imtina edən böyük övladı, transgender qızı Vivyen Cenna Uilsonla bağlı xəbərlərə isə münasibət bildirməyib.

Qeyd edək ki, İlon Maskın doqquz övladı var - beşi keçmiş həyat yoldaşı Castin Maskdan, ikisi keçmiş sevgilisi, müğənni Qraymsdan, ikisi isə “Neuralink” şirkətinin əməkdaşı Şivon Zilisdən.

Rəşad Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO