Türk Dünyası Sığorta Birliyi yaradıldı

Türk Dünyası Sığorta Birliyi yaradıldı

Hazırda oxunan: Türk Dünyası Sığorta Birliyi yaradıldı
75968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Sammitinin zirvə toplantısında təntənəli imzalanma mərasimi ilə türkdilli ölkələrin sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi yaradılıb.

ASA-dan Bizim.Media-ya verilən məlumata görə, Türk Dünyası Sığorta Birliyinə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdür.

Məlumatda qeyd olunur ki, dünyada ilk dəfə yaradılan belə bir Birliyin başlıca məqsədi Birliyə üzv olan türkdilli ölkələrin sığorta sektorlarının inkişafında güclərin və imkanların birləşdirilməsi, üzv ölkələrin sığorta bazarları arasında kadr, təcrübə və məlumat mübadiləsinin təmin edilməsi, eyni zamanda türk dünyası sığorta sektoru üçün vahid sığorta hovuzunun yaradılması və bazarlar arasında təkrarsığorta istiqamətlərinin formalaşdırılıb inkişaf etdirilməsindən ibarətdir.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması fikri Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs nəticəsində gerçəkləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO