Putinə qarşı çıxan rusiyalı jurnalisti əri məhkəməyə verdi

Putinə qarşı çıxan rusiyalı jurnalisti əri məhkəməyə verdi

Hazırda oxunan: Putinə qarşı çıxan rusiyalı jurnalisti əri məhkəməyə verdi
74479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın “Birinci Kanal” televiziyasının keçmiş redaktoru Marina Ovsyannikova keçmiş əri İqor tərəfindən məhkəməyə verilib. İddia uşaqların tərbiyəsi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “StarHit” nəşri yayıb.

Bu məsələ ilə bağlı ilk iclas sabah, mayın 16-da Moskvanın Çeryomuşkinski Məhkəməsində keçiriləcək. Məhkəmənin məlumat bazasında iddiaçı və cavabdehin adları üst-üstə düşür, lakin əvvəllər bildirildiyi kimi, Ovsyannikova bir neçə ildir ki, əri ilə yaşamır.

Xatırladaq ki, martın 14-də Ovsyannikova Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı plakatla canlı efir zamanı “Birinci Kanal”ın studiyasına girib.

Moskvanın Ostankino Məhkəməsi onu 30 min rubl cərimələyib. Sonradan onun Almaniyanın “Die Welt” nəşrində işə düzəldiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO