Rusiya Ukraynanın itkilərini açıqladı: 165 təyyarə, 125 helikopter...

Hazırda oxunan: Rusiya Ukraynanın itkilərini açıqladı: 165 təyyarə, 125 helikopter...

74437

Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 32 ərazini vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gecə ərzində Sumı vilayətinin Şpilevka rayonu ərazisində S-300 zenit-raket kompleksinin iki buraxılış qurğusu və radiolakasiya postu məhv edilib.

Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkilər barədə də danışıb:

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələrinin 165 təyyarə, 125 helikopter, 879 pilotsuz uçuş aparatı, 306 zenit-raket kompleksi, 3098 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi sistemi, 1525 səhra artilleriya qurğusu və minaatan, 2934 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO