Vahid Ələkbərov 3 milyard dollar itirdi

Vahid Ələkbərov 3 milyard dollar itirdi

Hazırda oxunan: Vahid Ələkbərov 3 milyard dollar itirdi

72511

Ən varlı ruslar ilin əvvəlindən 45,484 milyard rubl itirib. Reytinqə ümumi sərvəti 328,04 milyard dollar olan 23 rusiyalı daxildir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Bloomberg Billionaires Index”in reytinqində yer alıb. 

Ən zəngin rusiyalı Norilsk Nikel şirkətinin ortaq sahibi Vladimir Potanindir. Onun sərvəti 31,5 milyard dollar qiymətləndirilir, ilin əvvəlindən 645 milyon artıb.

Rusiyalı milyarderlər arasında ikinci yeri “Novatek”in ortaq sahibi Leonid Mixelson tutur. İlin əvvəlindən o, 6,48 milyard dollar yoxsullaşıb, sərvəti 26 milyarddır. Üçüncü yerdə 4,27 milyard dollar itirən Vladimir Lisin qərarlaşıb. Onun aktivləri 23,7 milyard təşkil edir.

Sonrakı yerdə 23,5 milyard dollarla Aleksey Mordaşov (ilin əvvəlindən -5,33 milyard), Əlişir Usmanov 19,6 milyard (-1,63 milyard) və azərbaycanlı iş adamı Vahid Ələkbərov 18,7 milyard (-3,09 milyard) gəlir.
Ən böyük itkilər Novatek və Siburun ortaq sahibi Gennadi Timçenkoya məxsusdur. İlin əvvəlindən sahibkar 7 milyard dollar yoxsullaşıb. İndi onun 15,5 milyardı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO