BMT Baş katibi Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqladı - FOTO

BMT Baş katibi Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqladı - FOTO

Hazırda oxunan: BMT Baş katibi Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqladı - FOTO
71882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynada müharibə Rusiya onu dayandırmağa qərar verənədək davam edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş CNN-ə müsahibəsində səsləndirib.

Cümə axşamı, aprelin 28-də Vladimir Zelenski ilə görüşdən bir gün əvvəl və Putinlə görüşdən sonra Quterreş müharibənin görüşlərlə bitməyəcəyini deyib.

“Rusiya Federasiyası onu dayandırmaq qərarına gələndə və atəşkəs haqda ciddi siyasi razılaşma əldə ediləndə müharibə başa çatacaq. Biz istədiyimiz qədər görüş keçirə bilərik, lakin bu, müharibəni bitirməyəcək”, - deyə baş katib bildirib.

Qeyd edək ki, indiyədək Zelenski ilə Quterreşin görüşü barədə məlumat verilməyib. Amma informasiya sızıb ki, BMT baş katibi Borodyankaya səfər edib və “21-ci əsrdə müharibə qəbul edilə bilməz” ifadəsini işlədib.
Bu arada BMT-nin Ukrayna üzrə koordinatoru Osnat Lubrani Baş katibin tapşırığı ilə Mariupoldan təxliyəni həyata keçirmək üçün Zaporojyeyə yola düşüb. O, bu barədə öz Twitter səhifəsində yazıb.

Bizim.Media

BMT Baş katibi Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqladı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO