Kanadanın Baş naziri Putini ittiham etdi: “Stalinin soyqırım siyasətini davam etdirir”

Kanadanın Baş naziri Putini ittiham etdi: “Stalinin soyqırım siyasətini davam etdirir”

Hazırda oxunan: Kanadanın Baş naziri Putini ittiham etdi: “Stalinin soyqırım siyasətini davam etdirir”
650302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kanadanın Baş naziri Mark Karni Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini Qolodomor dövründə Stalinin törətdiyi soyqırımla müqayisə edib.   

Bizim.Media xəbər verir ki, o, bu fikirləri 28 noyabr – Qolodomor qurbanlarının Anım Günü münasibətilə etdiyi müraciətdə səsləndirib.   

"Bu gün biz 1932–1933-cü illərdə Stalinin sovet rejimi tərəfindən təşkil edilmiş soyqırım – Qolodomor zamanı əziyyət çəkən və həlak olan milyonlarla ukraynalını yad edirik. Bu süni aclıq Ukrayna xalqını acından öldürmək, kölələşdirmək, eləcə də onun millətini, mədəniyyətini və kimliyini məhv etmək məqsədi daşıyan qəsdən həyata keçirilən kampaniya idi. Lakin Ukrayna tab gətirdi. Təxminən bir əsr sonra Vladimir Putinin rejimi bu amansız mirası davam etdirir – Ukraynanın kilsələrini, məktəblərini və xəstəxanalarını bombalayır, uşaqları zorla aparır, kənd təsərrüfatı istehsalını dağıdır və qış yaxınlaşdıqca kritik enerji infrastrukturunu məhv edir", – deyə M.Karninin bəyanatında bildirilib.   

Baş nazir əlavə edib ki, Rusiya təcavüzü qarşısında Ukrayna xalqı bu gün də böyük cəsarət, qətiyyət və güc nümayiş etdirir. O vurğulayıb ki, Rusiya ilə müharibə həm də Kanada üçün bir mübarizədir və bu mübarizədə əldə olunacaq müstəqillik Kanadanın da qələbəsi olacaq:

"Rusiyanın 2022-ci ildə heç nə ilə əsaslandırılmayan genişmiqyaslı müdaxiləsi başladığı andan biz Ukrayna xalqı ilə çiyin-çiyinə dayanmışıq. Bu gün biz Ukraynanın suverenliyinə və uzunmüddətli təhlükəsizliyinə zəmanət verən ədalətli və davamlı sülhü təmin etmək üçün Ukrayna və müttəfiqlərimizlə birlikdə çalışırıq. Ukraynanın gələcəyi yalnız Ukrayna xalqına məxsusdur".   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO