"Samur-Abşeron” kanalındakı faciə uşaqlar şəkil çəkdirərkən baş verib - TƏFƏRRÜATLAR/ÖZƏL

"Samur-Abşeron” kanalındakı faciə uşaqlar şəkil çəkdirərkən baş verib - TƏFƏRRÜATLAR/ÖZƏL

Hazırda oxunan: "Samur-Abşeron” kanalındakı faciə uşaqlar şəkil çəkdirərkən baş verib - TƏFƏRRÜATLAR/ÖZƏL
650211
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi bu gün axşam saatlarında "Samur-Abşeron” su kanalı ərazisində faciə baş verib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, məktəblilər kanal ərazisinə şəkil çəkdirmək üçün gediblər.

Belə ki, 12 yaşlı Ömər Zeynallı qardaşı 11yaşlı Tunar Zeynallı və 13 yaşlı Hüseyn Allahverdiyev ilə birlikdə bu gün saat 15 radələrində şəkil çəkdirmək məqsədilə "Samur-Abşeron" su kanalının
Siyəzən rayonu ərazisindən keçən hissəsinə gediblər. 

Kanalın kənarında şəkil çəkdirdikləri zaman Hüseyn Allahverdiyev müvazinətini itirərək "Samur-Abşeron” su kanalına düşüb.

Yeniyetmənin tapılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sonuncunun meyiti "Samur-Abşeron" su kanalının Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO