
- A-
- A
- A+
Cəmiyyət
22:25 / 28.11.2026
1 dəq oxunma
Cəlilabadda fərdi yaşayış evi yanaraq külə döndü - Video
Hazırda oxunan: Cəlilabadda fərdi yaşayış evi yanaraq külə döndü - Video
650202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.
Kənd sakini Mirsayid Məmmədova məxsus birmərtəbəli fərdi yaşayış evində qəfil başlayan yanğın qısa müddətdə genişlənib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilsə də, evi yanğından xilas etmək mümkün olmayıb. Nəticədə yaşayış evi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































