Türkiyəyə düşən PUA partladı: 4 evin şüşələri sındı - Foto

Türkiyəyə düşən PUA partladı: 4 evin şüşələri sındı - Foto

Hazırda oxunan: Türkiyəyə düşən PUA partladı: 4 evin şüşələri sındı - Foto
650276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 29-u gecə saatlarında Türkiyənin Rizə vilayətinin Çayeli rayonunun Köprübaşı kəndinə düşən pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində ətrafdakı 4 evin şüşələri sınıb.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı məlumat saat 01:33 radələrində daxil olub. PUA Köprübaşı kəndindəki çay sahəsinə düşüb.

Partlayış nəticəsində ərazidə təxminən 70 kvadratmetr sahədə çuxur yaranıb, 300 metr məsafədə yerləşən 4 evin şüşələri qırılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Jandarma və aidiyyəti qurumların əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb. Xarici mənşəli olduğu bildirilən PUA-ya məxsus qanad və gövdə hissələri texniki araşdırma aparılması üçün toplanıb.

Türkiyəyə düşən PUA partladı: 4 evin şüşələri sındı - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO