
- A-
- A
- A+
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
Misli Premyer Liqasında 13-cü tur davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
"Turan Tovuz" öz meydanında "Kəpəz"i qəbul edib. Görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşma "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası
13-cü tur
28 noyabr
19:00. "Sabah" - "Araz-Naxçıvan" - 2:0
Qol: Coy Lens Mikels, 18, Ksander Severina, 68
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov, Əli Əliyev (VAR), Zeynal Zeynalov (AVAR)
"Sabah Arena"
16:30. "Turan Tovuz" - "Kəpəz" - 2:1
Qollar: Hayderson Hurtado, 72 (1:0), Şakir Seyidov, 84-pen. (1:1), Joarlem Santos, 90+1 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov, Rəvan Həmzəzadə (VAR), Teymur Teymurov (AVAR)
Tovuz şəhər stadionu
29 noyabr
14:30. "Şamaxı" - "Qəbələ"
17:00. "Qarabağ" - "Sumqayıt"
27 noyabr
"İmişli" - "Şəfa" - 1:3
"Neftçi" - "Zirə" - 1:0
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































