Britaniyada Rusiya hücumu təhlükəsi – Döyüş təyyarələri anqarlara köçürülür

Britaniyada Rusiya hücumu təhlükəsi – Döyüş təyyarələri anqarlara köçürülür

Hazırda oxunan: Britaniyada Rusiya hücumu təhlükəsi – Döyüş təyyarələri anqarlara köçürülür
649672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən döyüş təyyarələrinin qorunan anqarlara köçürülməsinə başlayıb.

Bizim.Media "Sky News" telekanalına istinadən xəbər verir ki, bu tədbirlər hələlik yalnız gecə saatlarında tətbiq olunur.
 

Məlumata görə, açıq ərazidə alan təyyarələr üçün isə xüsusi dron əleyhinə torların quraşdırılması planlaşdırılır. Bundan əlavə, aviasiya vasitələrinin müxtəlif aerodromlar arasında səpələnməsi (paylaşdırılması) üzrə əlavə tədbirlər də nəzərdən keçirilir.


Telekanalın məlumatında həmçinin bildirilib ki, bu addımlar Britaniya kəşfiyyatı "MI5" və Müdafiə Nazirliyinin Ukraynaya hərbi texnika tədarük edən müdafiə müəssisələrinə və şirkətlərinə qarşı Rusiya təxribatları riskinin artması barədə xəbərdarlıqları fonunda atılır.

Britaniya rəsmiləri Rusiyanın ölkənin müdafiə sənayesinə ziyan vurmaq məqsədilə yanğın törətmə və digər təxribat üsullarından istifadə edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO