Magistral yollarda TIRlar “at oynadır” – Yük maşınları üçün ayrıca zolaq yaradılmalıdırmı?

Magistral yollarda TIRlar “at oynadır” – Yük maşınları üçün ayrıca zolaq yaradılmalıdırmı?

Hazırda oxunan: Magistral yollarda TIRlar “at oynadır” – Yük maşınları üçün ayrıca zolaq yaradılmalıdırmı?
649655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son dövrlər xüsusilə Lökbatan ərazisində və Bakı-Sumqayıt avtomobil yolunda ağırtonnajlı yük maşınlarının təhlükəli manevrlər etməsi narahatlıq doğurur. Bəzi TIR sürücülərinin qəfil zolaq dəyişməsi, digər avtomobillərin qarşısına gözlənilmədən çıxması, sürət və ara məsafəsini düzgün tənzimləməməsi yollarda ciddi qəza riski yaradır.

Xüsusilə nəqliyyat axınının sürətli olduğu magistral yollarda İri TIR-ın son anda zolaq dəyişdirməsi, minik avtomobilinin qarşısına keçməsi həmin maşın və arxadan gələnlər üçün necə bir təhlükə deməkdir, bu, 90 faiz hallarda qəzanı qaçılmaz edir.

Bəs bu problemin qarşısını necə almaq olar? Yük avtomobilləri üçün ayrıca hərəkət zolağının yaradılması mümkündürmü?

Nəqliyyat üzrə ekspert Aydın Seyidovun Bizim.Media-ya bildirdiyinə görə  problemin həlli yalnız yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoymaqla mümkün deyil. Burada əsas məsələ ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinin düzgün təşkili, sürücülərin məsuliyyətinin artırılması və yolların bu tip nəqliyyat növünə uyğunlaşdırılmasıdır:

“Sözügedən iri yük maşınları üçün vaxt məhdudiyyətləri çox yerdə tətbiq olunur. Amma görünür kifayət etmir, şəhərətrafı yollarda və intensiv hərəkət olan istiqamətlərdə məhdudiyyət saatları artırıla bilər. Pik saatlarda isə yük maşınlarının hərəkətinə mərhələli məhdudiyyətlərin tətbiqi ən uyğun variantdır.
 

Çünki yük maşınları üçün ayrıca hərəkət zolağının yaradılması nəzəri cəhətdən mümkün görünsə də həmin yolların eni, zolaqların sayı, nəqliyyat intensivliyi və mövcud infrastruktur nəzərə alınmalıdır. Həmin yolların onsuz da bəzi hissələrində avtobus zolağı olduğu üçün bir də əlavə zolağın salınması yolu kifayət qədər daralda bilər”.


Mütəxəssis əlavə etdi ki, ilk növbədə TIR sürücülərinin təhlükəli manevrlərinə qarşı nəzarət gücləndirilməlidir. Xüsusilə qəfil zolaq dəyişmə, təhlükəli ötmə, ara məsafəsinin qorunmaması və digər sürücülərin hərəkətinə maneə yaradılması halları kameralar vasitəsilə qeydə alınmalı, cərimələnməli və daha sərt ölçülər götürülməlidir.

İritonnajlı maşınları hər sürücüyə həvalə etmək olmaz

“Yükdaşıma şirkətləri də məsuliyyəti artırmalıdır. Şirkətlər sürücülərin təhlükəsiz idarəetmə qaydalarına əməl etməsinə nəzarət etməkdə özləri maraqlı olmalıdır. İritonnajlı maşınları hər sürücüyə həvalə etmək olmaz. Xüsusi peşə bacarığı, təcrübəsi və məsuliyyətli sürücülər cəlb edilməlidir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO