Raqif Abbasovun məhkəməsindən yeni xəbər ver

Raqif Abbasovun məhkəməsindən yeni xəbər ver

Hazırda oxunan: Raqif Abbasovun məhkəməsindən yeni xəbər ver
649664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun barələrindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Eldəniz Qulamovun vəkili müdafiə nitqi ilə çıxış edib.

O bildirib ki, müvəkkili dövlət qulluqçusu olub və rəhbərliyin tapşırıqlarını icra edib. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Raqif Abbasovun vəkili də müvəkkilinin təqsirsiz olduğunu bildirərək ona bəraət verilməsini istəyib.

Təqsirləndirilənlərə son söz verilsə də, onlar buna hazır olmadıqlarından məhkəmədən vaxt istəyiblər.

Növbəti iclas dekabrın 2-nə təyin edilib.

Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilənlərin hər birinin ayrı-ayrılıqda 12 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Adıçəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Gənclər və İdman Nazirliyi tanınıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO