Ev təsərrüfatlarının uçotu mühüm informasiya mənbəyi olacaq - RƏY

Ev təsərrüfatlarının uçotu mühüm informasiya mənbəyi olacaq - RƏY

Hazırda oxunan: Ev təsərrüfatlarının uçotu mühüm informasiya mənbəyi olacaq - RƏY
649671
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ev təsərrüfatlarının uçotu regionların real inkişaf ehtiyaclarını müəyyənləşdirməyə imkan verəcək.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat deyib ki, ev təsərrüfatlarının uçotunun aparılmasını ölkənin sosial-iqtisadi inkişafı, regionlarda mövcud potensialın üzə çıxarılması və dövlət siyasətinin daha səmərəli qurulması baxımından mühüm addımdır.

Ev təsərrüfatlarının uçotu mühüm informasiya mənbəyi olacaq - RƏY - foto 1


Regionların inkişafı real göstəricilər əsasında planlaşdırılacaq
 
Azər Badamov qeyd edib ki, ölkənin dayanıqlı inkişafının təmin olunması üçün ayrı-ayrı ərazilərin sosial-iqtisadi vəziyyəti, əhalinin yaşayış şəraiti və mövcud imkanları barədə dolğun məlumatların əldə edilməsi vacibdir:
 
“Ev təsərrüfatlarının uçotu bu baxımdan mühüm informasiya mənbəyi olacaq. Bu məlumatlar vasitəsilə yaşayış məntəqələrində mənzil fondunun vəziyyətini, əhalinin içməli su, qaz, elektrik enerjisi və digər kommunal xidmətlərlə təminat səviyyəsini, eləcə də rəqəmsal xidmətlərə çıxış imkanlarını qiymətləndirmək mümkün olacaq.
 

Eyni zamanda, hansı ərazilərdə sosial və kommunal infrastrukturun yenilənməsinə, hansı yaşayış məntəqələrində yeni xidmət sahələrinin yaradılmasına ehtiyac olduğu müəyyənləşdiriləcək. Belə məlumatlar dövlət investisiyalarının və büdcə vəsaitlərinin daha düzgün istiqamətləndirilməsinə şərait yaradacaq. Regionların inkişafına dair proqramların nəticələrini qiymətləndirmək, mövcud problemləri vaxtında aşkar etmək və gələcək layihələri real ehtiyaclar əsasında müəyyənləşdirmək mümkün olacaq.


Əhalinin məşğulluq və təhsil səviyyəsi, əmək potensialı barədə məlumatlar regionlarda yeni iş yerlərinin yaradılması, kiçik və ailə sahibkarlığının inkişafı üçün də əhəmiyyətlidir. Xüsusilə kənd yerlərində hansı iqtisadi fəaliyyət istiqamətlərinin daha perspektivli olduğunu müəyyənləşdirmək baxımından bu məlumatlar mühüm rol oynaya bilər”.

Ev təsərrüfatlarının uçotu mühüm informasiya mənbəyi olacaq - RƏY - foto 2


Miqrasiya və demoqrafik dəyişikliklər öyrəniləcək

Parlamentin komitə sədrinin müavini nəzərə çatdırıb ki, ev təsərrüfatlarının uçotunun digər mühüm istiqaməti ölkədə miqrasiya proseslərinin və demoqrafik dəyişikliklərin daha dərindən öyrənilməsidir:

“Bəzi kənd və rayonlarda əhalinin azalması, xüsusilə gənclərin iri şəhərlərə və xarici ölkələrə üz tutması gələcək üçün müəyyən sosial-iqtisadi risklər yaradır. Bu proseslər əmək resurslarının azalmasına, kənd təsərrüfatı və digər iqtisadi fəaliyyət sahələrində potensialın zəifləməsinə, eyni zamanda əhalinin yaş strukturunun dəyişməsinə səbəb ola bilər.

Ev təsərrüfatlarının uçotu vasitəsilə əhalinin faktiki məskunlaşma vəziyyətini, müvəqqəti və daimi miqrasiyanın istiqamətlərini, əmək miqrasiyasının miqyasını, ailə strukturunda baş verən dəyişiklikləri daha dəqiq qiymətləndirmək mümkün olacaq. Bu isə gənclərin regionlarda qalmasını və gənc ailələrin kənd yaşayış məntəqələrində məskunlaşmasını stimullaşdıran tədbirlərin hazırlanmasına kömək edəcək”.

Ev təsərrüfatlarının uçotu mühüm informasiya mənbəyi olacaq - RƏY - foto 3

 
Kənd təsərrüfatı potensialından səmərəli istifadə mümkün olacaq

Azər Badamov diqqətə çatdırıb ki, uçotun iqtisadi əhəmiyyəti torpaq ehtiyatlarından istifadənin qiymətləndirilməsi baxımından da böyükdür:

“Kənd təsərrüfatı torpaqlarının faktiki istifadə vəziyyətinin, suvarma imkanlarının və əkilməyən sahələrin müəyyənləşdirilməsi aqrar sektorun inkişafı üçün yeni imkanlar açır. Bu məlumatlar istifadəsiz torpaqların iqtisadi dövriyyəyə cəlb olunmasına, mövcud resurslardan daha səmərəli istifadə edilməsinə və kənd yerlərində ailə təsərrüfatlarının iqtisadi fəallığının artırılmasına xidmət edə bilər. 2027-ci ildən ev təsərrüfatlarının uçotunun tam elektron qaydada aparılması bu prosesin operativliyini və məlumatların emal imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Mygov platformasında yaradılan xüsusi altsistem vasitəsilə məlumatların vahid rəqəmsal mühitdə toplanması və təhlili dövlət idarəçiliyində qərarların daha dəqiq informasiya əsasında qəbuluna imkan verəcək. Əsas məqsəd yalnız statistik göstəricilərin əldə edilməsi deyil, bu məlumatlardan istifadə etməklə əhalinin həyat şəraitinin yaxşılaşdırılması, regionların tarazlı inkişafı və ölkənin iqtisadi potensialının daha dolğun reallaşdırılması olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO