
- A-
- A
- A+
Tramp Putin və Zelenskini ortaq dil tapmağa çağırdı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında qarşılıqlı anlaşmanın əldə olunmasının vacibliyindən danışıb. Amerika lideri tərəflərin razılığa gəlməli olduğunu vurğulayıb.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının efirində danışıb.
“Qulaq asın, onlar ortaq dil tapmalıdırlar. Bu iki nəfər bir-birinə nifrət edir və onlar yola getməlidirlər”, – deyə Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində 2022-ci ildə Ukrayna ilə aparılan danışıqların praktiki olaraq yekunlaşmaq mərhələsində olduğunu bildirmişdi.
Onun sözlərinə görə, Rusiya qoşunlarının Kiyev ətrafından çıxarılmasından sonra Ukrayna tərəfi əldə olunmuş bütün razılaşmaları pozub.
Volodimir Zelenski qanunvericilik səviyyəsində Rusiya ilə danışıqlar aparılmasını qadağan edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































