Trampdan ilginc açıqlama: “Biz Ukrayna müharibəsindən çox yaxşı pul qazanırıq”

Trampdan ilginc açıqlama: “Biz Ukrayna müharibəsindən çox yaxşı pul qazanırıq”

Hazırda oxunan: Trampdan ilginc açıqlama: “Biz Ukrayna müharibəsindən çox yaxşı pul qazanırıq”
648506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynadakı müharibə ABŞ-a gəlir gətirir, çünki Kiyev üçün Avropaya silah satırıq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına açıqlamasında bildirib.

O əlavə edib ki, Vaşinqton Ukrayna üçün silahları tam qiymətinə satır.

“Biz heç bir endirim etmirik. Ona görə də bundan çox yaxşı pul qazanırıq”, – deyə prezident bildirib.

Bununla yanaşı, Tramp yenə də  sabiq prezident Co Baydenin Ukraynaya guya 350 milyard dollar nağd pul verdiyi barədə çoxdan təkrarladığı iddiasını səsləndirib.

Lakin bu məbləğ həqiqəti əks etdirmir. Belə ki, ABŞ Konqresi indiyədək Ukrayna üçün təxminən 175 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.

Bu vəsaitin əhəmiyyətli hissəsi isə Kiyevə nağd pul şəklində verilməyib, Ukrayna üçün silah istehsal edən Amerikanın silah şirkətlərinə yönəldilib.

Ağ Evin rəhbəri, həmçinin ukraynalıların çox yaxşı döyüşdüyünü qeyd edib. Onun sözlərinə görə, Ukraynadakı müharibə ümumilikdə ABŞ-a heç bir təsir göstərmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO