Hindistanın Maharaştra ştatında gəlin toydan iki gün sonra gənc ərini və valideynlərini siçan dərmanı ilə zəhərləyib. Qadın cinayəti rəfiqəsi ilə birlikdə törədib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Məlumata görə, 32 yaşlı Valmik Tarachand Patil başqa bir ştatdan nikah vasitəçisi vasitəsilə gətirilən 32 yaşlı Suman Subhash Sahani ilə evlənib.
"Evlilik müqaviləsi"nin dəyəri 2600 dollar təşkil edib.
Polisin məlumatına görə, Suman və onun cinayət ortağı zəhəri yeməyə qatıb. Nəticədə, bəy, atası və anası zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Cinayəti törətdikdən sonra qadınlar pulu götürərək qaçıblar.
Şübhəlilər həmin gün qonşu kənddə saxlanılıblar. Polis qadınların gəlişini təşkil edən vasitəçini axtarır. Müstəntiqlər soyğunçuluq üçün mümkün sui-qəsd də daxil olmaqla, bütün ehtimalları araşdırır.
Bizim.Media

































































































