Yanukoviç Putinin yanından qayıtdıqdan sonra huşunu itirib? – YENİ FAKTLAR

Yanukoviç Putinin yanından qayıtdıqdan sonra huşunu itirib? – YENİ FAKTLAR

Hazırda oxunan: Yanukoviç Putinin yanından qayıtdıqdan sonra huşunu itirib? – YENİ FAKTLAR

641748

Ukrayna Ali Radasının keçmiş deputatı İnna Boqoslovskaya 2013-cü ilin oktyabrında keçmiş prezident Viktor Yanukoviçin Rusiya lideri Vladimir Putinlə görüşündən sonra baş verənlər barədə danışıb. Onun sözlərinə görə, 2013-cü ilin sentyabrında Regionlar Partiyası və hakimiyyət elitası Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanmasını demək olar ki, yekdilliklə dəstəkləyirdi.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
 

Boqoslovskaya bildirib ki, oktyabr ayında Rusiya lideri Yanukoviçlə görüş zamanı onu ciddi şəkildə qorxudub. Kiyevə qayıtdıqdan sonra Yanukoviç ilk dəfə olaraq hipertensiv kriz (təzyiqin kəskin qalxması) keçirib və huşunu itirərək xəstələnib.


Yanukoviçin xəstələnməsindən sonra hakimiyyət komandasında xaos başlayıb və Regionlar Partiyasının daxilində avrointeqrasiya qanunları bloklanıb.

Bu hadisələr Ukrayna hakimiyyətinin 2013-cü ilin payızında Vilnüs sammitində Aİ ilə sazişdən imtina etməsinə gətirib çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO