Dunay çayının sahilində yerləşən Bolqarıstanın Ruse şəhərində oktyabrın 11-də yeni bir temperatur rekordu qeydə alınıb - hava 33,7 dərəcə selsiyə qədər isinib.
Bizim.Media Bolqarıstan Teleqraf Agentliyinə (BTA) istinadən xəbər verir ki, həmin tarix üçün əvvəlki rekord 1924-cü ildə qeydə alınıb. O zaman havanın temperaturu 30,5 dərəcə təşkil edib.
Beləliklə, yeni göstərici əvvəlki rekordu 3,2 dərəcə üstələyib.
Rusedə oktyabrın 11-i üçün ən aşağı temperatur isə 1979-cu ildə qeydə alınıb. Həmin gün havanın temperaturu cəmi 1 dərəcə isti olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:00 / 11.10.2026
Bolqarıstanda bir əsrlik temperatur rekordu YENİLƏNDİ
Hazırda oxunan: Bolqarıstanda bir əsrlik temperatur rekordu YENİLƏNDİ
Hazırda oxunan: Bolqarıstanda bir əsrlik temperatur rekordu YENİLƏNDİ
641663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































