Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu - “80 nəfəri öldürmüşəm” - Video

Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu - “80 nəfəri öldürmüşəm” - Video

Hazırda oxunan: Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu - “80 nəfəri öldürmüşəm” - Video

637104

Braziliyanın Paraiba əyalətində çoxsaylı qətllərdə şübhəli bilinən 33 yaşlı Jorlan Alves da Silva qadın paltarında qaçmaq istəyərkən saxlanılıb. 

Bizim.Media “Haberler.com”a istinadən xəbər verir ki, Silva mayın sonunda həbsdən azad edildikdən sonra üç ay ərzində törədilən 16 qətldə şübhəli bilinir. 

Hüquq-mühafizə orqanları onun bəzi cinayətlərlə bağlılığını təsdiqləyən texniki sübutların olduğunu açıqlayıb.

Şübhəli saxlanılarkən qadın paltarı, uzun qara parik və günəş eynəyi taxıb, dırnaqlarını da boyayıb. Polis onun bu yolla kimliyini gizlədərək qaçmağa çalışdığını ehtimal edir.

Silvanın yanında təxminən 2 yaşlı uşaq da olub. Uşağın onunla qohum olmadığı müəyyənləşdirilib. Tibbi müayinədən keçirilən uşağın vəziyyətinin yaxşı olduğu bildirilib və onun Silva ilə necə bir araya gəldiyi araşdırılır.

İstintaqa görə, qətllərin əksəriyyəti Paraibanın Vale do Mamanguape bölgəsində baş verib. Araşdırılan epizodlardan biri avqustun 1-də Rio Tintoda iki iş adamının öldürülməsidir. Silva dindirmə zamanı qurbanlardan birinin dəfn edildiyi yeri də polisə göstərib.

Şübhəli ifadəsində həyatında təxminən 80 nəfəri öldürdüyünü və ilk qətlini 13 yaşında törətdiyini iddia edib.

Lakin polis bu məlumatların hələ təsdiqlənmədiyini və hər bir epizodun ayrıca araşdırıldığını açıqlayıb.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO