Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Hazırda oxunan: Bir mənzil qiymətinə kənd aldı - Fotolar
636663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb.

Bizim.Media xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir.

Kənd 1946-cı ildə yaxınlıqdakı su elektrik stansiyasında çalışan işçilər və onların ailələri üçün salınıb. Son sakinlər isə 1989-cu ildə kəndi tərk edib.

Bekvit kəndi şəxsi yaşayış yeri kimi istifadə etmək üçün deyil, onu turizm və yaşayış kompleksinə çevirmək məqsədilə satın alıb. İspaniya Sənaye və Turizm Nazirliyinin təsdiqlədiyi layihənin ümumi dəyərinin 6 milyon avroya çatacağı gözlənilir.

Layihənin ilk mərhələsində kənddə hotel otaqları, restoran, resepşn, üzgüçülük hovuzu və müxtəlif sosial məkanların yaradılması planlaşdırılır. Tarixi kilsənin də bərpa edilərək özəl tədbirlər üçün istifadə olunması nəzərdə tutulur. (qafqazinfo.az)

Bir mənzil qiymətinə kənd aldı - Fotolar - foto 1
Bir mənzil qiymətinə kənd aldı - Fotolar - foto 2
Bir mənzil qiymətinə kənd aldı - Fotolar - foto 3

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO