Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Hazırda oxunan: Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək
633492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Toyuq əti dünyada ən çox istehlak olunan ət növü olub və onun qlobal populyarlığının yaxın illərdə də artacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşrin məlumatına görə, 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib. 2006-cı ildə isə bu göstərici 48,3 milyard olub.

Toyuq istehsalının artımında əsas pay Asiya-Sakit okean regionunun, daha sonra isə Amerika və Avropanın payına düşür. Çin və ABŞ birlikdə qlobal toyuq ətinə olan tələbatın təxminən üçdə birini formalaşdırır.
 

Nəşr qeyd edir ki, XX əsrin böyük hissəsində nisbətən bahalı və məhdud istehlak olunan toyuq əti XXI əsrdə dünyanın əsas protein mənbələrindən birinə çevrilib. Ekspertlər isə “toyuq zirvəsi”nin hələ keçilmədiyini düşünürlər.


Toyuq ətinin populyarlığının əsas səbəbləri arasında onun digər ət növləri ilə müqayisədə daha münasib qiyməti, yemə çevirmə səmərəliliyi, sürətli yetişdirilməsi və müxtəlif mətbəxlərə asan uyğunlaşması göstərilir.

Bundan başqa, toyuq əti donuz və mal ətindən fərqli olaraq daha az mədəni və dini məhdudiyyətlə üzləşir.

Bu xüsusiyyət onun dünyanın müxtəlif ölkələrində geniş yayılmasına imkan verib.

Nəşr yazır ki, 2022-ci ildə toyuq əti istehsal həcminə görə donuz ətini də geridə qoyub. Son illərdə qlobal toyuq istehsalının artım tempi də sürətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO