Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Hazırda oxunan: Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar
630904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın Sardiniya adası sahillərində 30 metr uzunluğunda “Angiola II” yaxtası qəza nəticəsində dənizin dibinə qərq olub.

Bizim.Media “Messaggero” nəşrinə istinadən verdiyi məlumata görə, hadisəyə mühərrikdə yaranan nasazlıq səbəbindən baş verən yanğın və ardınca gəmiyə su dolması səbəb olub.

Bildirilir ki, dəyəri 8 milyon avrodan çox olan yaxta yeni sahibi tərəfindən hadisədən cəmi dörd gün əvvəl satın alınıb.

Qəza baş verən zaman gəmidə 14 nəfər olub. Onların hamısı vaxtında yaxtanı tərk edərək xilas olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda “Angiola II”nin Kosta-Smeralda sahilləri yaxınlığında, təxminən 7 metr dərinlikdə yerləşdiyi bildirilir. Aidiyyəti qurumlar yaxtanın dənizdən çıxarılması üçün hazırlıq işlərinə başlayıb.

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar - foto 3


Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar - foto 1
Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO