Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Hazırda oxunan: Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

629330

Florida sakini Natan Tomas tarixdəki ən gənc professor kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazır.

Natan 18 yaş 346 günlüyündə Mayami-Deyd Kollecində mühəndislik fənlərini tədris etməyə başlayıb. Bu, əvvəlki dünya rekordundan 11 gün tezdir.

Beləliklə, Tomas cinsindən asılı olmayaraq ən gənc professor olub. O, amerikalı Aliya Saburun 2008-ci ildəki rekordunu yeniləyib, həmçinin şotlandiyalı riyaziyyatçı Kolin Maklorinin 1717-ci ildən bəri, yəni 300 ildən çoxdur qorunan rekordunu geridə qoyub.
 

Tomasın sözlərinə görə, bəzi tələbələrinin ondan yaşca böyük olmasına baxmayaraq, yaş heç vaxt problem yaratmayıb.


"İnsanlar oxumağa gələndə yaşın artıq əhəmiyyəti qalmır. Əsas olan bilik qazanmaq istəyidir", – deyə o qeyd edib.

Natanın qeyri-adi istedadı hələ uşaqlıqdan özünü göstərib. O, 14 yaşında riyaziyyat üzrə dərəcə alaraq Mayami-Deyd Kollecinin ən gənc məzunu olub. Daha sonra Florida Beynəlxalq Universitetini bitirərək eyni vaxtda elektrotexnika üzrə bakalavr və magistr dərəcələri qazanıb.

Tomas özü etiraf edib ki, onun üçün ən xoş an çətin bir mövzunun tələbəyə aydın olduğu andır.

"Ən gözəl şey bir insanın beynində hər şeyin qəfildən vahid mənzərədə necə birləşdiyini görməkdir. Müəllimlikdə ən möhtəşəm an budur", – deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO