Cənubi Koreyanın keçmiş prezidentinə daha bir HÖKM OXUNDU

Cənubi Koreyanın keçmiş prezidentinə daha bir HÖKM OXUNDU

Hazırda oxunan: Cənubi Koreyanın keçmiş prezidentinə daha bir HÖKM OXUNDU

624985

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol barəsindəki səkkiz cinayət işindən biri üzrə iki il müddətinə həbs cəzası alıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Seul Mərkəzi Dairə Məhkəməsi eks-prezidenti siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu pozmaqda təqsirli bilib.

İstintaqın versiyasına görə, 2022-ci il prezident seçkiləri ərəfəsində xüsusiləşdirilmiş sosioloji büro Yun Sok Yol və onun xanımı üçün təxminən 190 min dollar dəyərində pulsuz ictimai rəy sorğuları keçirib. Sosioloji büronun rəhbəri Men Txe Qyunun bu dəstəyin əvəzində müəyyən xidmətlər almağı planlaşdırdığı iddia edilib.

Eyni məhkəmə Men Txe Qyunu da bir il altı ay müddətinə azadlıqdan məhrum edib.
 

Keçmiş prezidentin xanımı Kim Qon Xi əvvəllər oxşar ittihamla bağlı birinci və ikinci instansiya məhkəmələrində bəraət almışdı. Yun Sok Yolun vəkilləri bu məqamı əsas gətirərək, hazırkı qərardan apellyasiya şikayəti verəcəklərini bəyan ediblər.


Qeyd edək ki, bu ilin fevral ayında birinci instansiya məhkəməsi Yun Sok Yolu konstitusiya quruluşuna qarşı qiyam təşkil etmək işi üzrə ömürlük həbs cəzasına məhkum etmişdi. Cənubi Koreya qanunvericiliyinə görə, bu cinayətə görə ya ömürlük həbs, ya da ölüm cəzası nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO