Polşa Ukraynaya "Patriot" sistemləri üçün RAKETLƏR GÖNDƏRDİ

Polşa Ukraynaya "Patriot" sistemləri üçün RAKETLƏR GÖNDƏRDİ

Hazırda oxunan: Polşa Ukraynaya "Patriot" sistemləri üçün RAKETLƏR GÖNDƏRDİ

624984

Polşa NATO ölkələrinin 2026-cı ilin yazında hazırladığı kollektiv hərbi yardım paketi çərçivəsində Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün doqquza qədər raket təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.

"RMF FM" radiosunun efirində çıxış edən Tomçik bildirib:

"Üçdən doqquza qədər — biz Ukraynaya məhz bu sayda ['Patriot' sistemləri üçün] raket vermişik".
 

Polşa tərəfi ABŞ-dan təminat alıb ki, hər hansı bir təhlükə yaranacağı təqdirdə, verilən raketlər onqat miqdarda kompensasiya ediləcək.


Müdafiə naziri Vladislav Kosinyak-Kamışın hərbi yardımlarla bağlı məlumatı açıqlamaq qərarı, müxalifət və Karol Navrotskinin rəhbərlik etdiyi prezident administrasiyası tərəfindən hökumətin Kiyevə raket verməkdə ittiham edilməsindən sonra verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO