“Pepsi”dən döyüş təyyarəsi tələb etmişdi – 30 il sonra "mükafatını" aldı - FOTO

“Pepsi”dən döyüş təyyarəsi tələb etmişdi – 30 il sonra "mükafatını" aldı - FOTO

Hazırda oxunan: “Pepsi”dən döyüş təyyarəsi tələb etmişdi – 30 il sonra "mükafatını" aldı - FOTO

621666

ABŞ-da illər əvvəl "Pepsi" şirkətini reklam vədinə görə məhkəməyə verən John Leonard 30 il sonra gözlənilməz hədiyyə ilə gündəmə gəlib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, 1996-cı ildə Pepsi reklam çarxında 7 milyon "Pepsi Points" toplayan şəxsin "Harrier" döyüş təyyarəsi qazana biləcəyi göstərilmişdi.

Reklamı ciddi qəbul edən Leonard investorların dəstəyi ilə lazımi xalları toplasa da, şirkət bunun sadəcə zarafat olduğunu bildirərək təyyarəni verməkdən imtina etmiş, məhkəmə də Pepsinin xeyrinə qərar çıxarmışdı.

İndi isə hadisədən 30 il sonra "Frontier Airlines" aviaşirkəti Leonarda 7 milyon bonus mil hədiyyə edib.
 

Bu isə ona faktiki olaraq ömürboyu pulsuz uçuş imkanı yaradır. Aviaşirkət bununla həm məşhur məhkəmə işinə istinad edib, həm də yeni reklam kampaniyasını təqdim edib.


Leonard bildirib ki, döyüş təyyarəsindən fərqli olaraq, bu hədiyyə onun və ailəsi üçün həqiqətən faydalıdır və artıq istədiyi qədər səyahət edə biləcək.






Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO