Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Hazırda oxunan: Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

619191

Cənubi Koreyada it ətinin istehlakına tətbiq ediləcək rəsmi qadağa ərəfəsində daxili bazarda kəskin qiymət artımı qeydə alınıb. Ölkədə keçirilən ənənəvi "it əti festivalı" öncəsi heyvan haqları müdafiəçiləri boynunda hələ də xalta olan onlarla ev itini xilas etsələr də, restoranlarda bu ətə tələbat və qiymətlər pik həddə çatıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ölkədə it ətindən hazırlanan təamlar lüks qidalar sırasına daxil olub.

Məlumata görə, hazırda Cənubi Koreya restoranlarında qiymətlər belə dəyişir:

"Posintxan" (it əti şorbası): Bir porsiyasının qiyməti təxminən 30 min vona (təxminən 22 dollar) çatır.

Bişmiş it əti (200 qramlıq porsiya): Təxminən 50 min von (təxminən 36 dollar) civarında təklif olunur.

Bu rəqəmlər koreyalılar arasında olduqca populyar olan mal əti yeməklərinin — "Kalbitxan" şorbasının və qızardılmış tikə ətin qiymətindən təxminən iki dəfə bahadır.

Ekspertlər bunu qadağa öncəsi son mövsümünü yaşayan sahədə təklifin azalması və qalan az sayda restoranın qiymətləri qəsdən qaldırması ilə əlaqələndirirlər.

Xatırladaq ki, Cənubi Koreya parlamenti tərəfindən qəbul edilmiş qanuna əsasən, 2026-cı ilin sonuna qədər restoranlarda it ətinin satışına hələlik icazə verilir. Lakin 2027-ci ilin fevralından etibarən bu fəaliyyət tamamilə qanunsuz hesab olunacaq.

Yeni qanunvericiliyə görə, qadağadan sonra tətbiq ediləcək cəzalar olduqca sərtdir:

İtlərin kəsilməsi və öldürülməsinə görə:
3 ilədək müddətə azadlıqdan məhrumetmə və ya 30 milyon vonadək (təxminən 22 000 dollar) cərimə;

İtlərin kəsim məqsədilə bəslənməsi, çoxaldılması və satılmasına görə: 2 ilədək müddətə həbs və ya 20 milyon vonadək (təxminən 14 500 dollar) cərimə nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO