Kiyevdə matəm elan edildi – VİDEO

Kiyevdə matəm elan edildi – VİDEO

Hazırda oxunan: Kiyevdə matəm elan edildi – VİDEO

613154

Mayın 15-i Kiyevdə matəm günü elan olunub.

Bizim.Media “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.
 

Mer bildirib ki, Rusiyanın bu gecə Kiyevə etdiyi hücumlarda ölənlərin xatirəsini yad etmək üçün sabah şəhərdə dövlət bayraqları endiriləcək, bütün əyləncə tədbirləri ləğv ediləcək.


Qeyd edək ki, Rusiya ordusu mayın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava zərbələri endirib. Zərbələr nəticəsində şəhərdəki bir yaşayış binası çöküb.

İlkin məlumata görə yeddi nəfər həyatını itirib.

Axtarış-xilasetmə əməliyyatları isə davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO