Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Hazırda oxunan: Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

612758

Litva Hörmüz boğazında gəmiçiliyin müdafiəsi üzrə potensial missiyaya mina düzən gəmilər və qərargahın formalaşdırılması üçün resurslar ayırmaqla öz töhfəsini verə bilər. 

Bizim.Media "Reuters"ə istinadla xəbər verir ki, bu barədə mayın 12-də Silahlı Qüvvələrin komandanı, general Raymundas Vaykşnoras bəyan edib.
 

"Biz əsasən mina əleyhinə vasitələrin və qərargah mütəxəssislərinin göndərilməsinə fokuslanmışıq. Planlaşdırma davam edir, yaranan ehtiyaclara operativ reaksiya vermək istəyirik", — deyə Vaykşnoras Vilnüsdə keçirilən mətbuat konfransında bildirib.


Bir gün əvvəl prezidentin sədrliyi ilə Litva Dövlət Müdafiə Şurası parlamentə Hörmüz boğazında ABŞ-a kömək etmək üçün ölkənin 40-a qədər hərbi qulluqçu və mütəxəssis göndərməsini tələb edən təklif təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO