Müdafiə naziri 111 milyard avronun hara xərcləndiyini izah edə bilmədi

Müdafiə naziri 111 milyard avronun hara xərcləndiyini izah edə bilmədi

Hazırda oxunan: Müdafiə naziri 111 milyard avronun hara xərcləndiyini izah edə bilmədi

610855

Almaniyanın müdafiə naziri Boris Pistorius ordunun yenidən silahlandırılması üçün ayrılan 111 milyard avronun necə xərcləndiyi barədə dəqiq cavab verə bilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti yazıb.
 

Məlumata görə, kansler Olaf Şoltsun “dövrün dəyişməsi” adlandırdığı proqram çərçivəsində dörd il ərzində təxminən 47 min müqavilə bağlanıb. Bu isə gündə orta hesabla 30 yeni razılaşma deməkdir.


Lakin nə parlament, nə də ictimaiyyət sifariş olunan texnikanın hansı hissəsinin həqiqətən qoşunlara çatdırıldığını və istifadəyə hazır olduğunu aydın şəkildə bilmir.

Qeyd edək ki, Pistorius daha əvvəl Almaniyada Avropanın ən güclü nizami ordusunu yaratmağı hədəflədiyini bildirmişdi. Onun sözlərinə görə, hərbçilərin sayını ən azı 260 min nəfərə çatdırmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO