ABŞ-da FTB kosmos, nüvə texnologiyaları və milli təhlükəsizliklə bağlı sahələrdə çalışan alimlərin müəmmalı şəkildə yoxa çıxması və ölümü ilə bağlı araşdırma aparır.
Bizim.Media xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, 2023-cü ildən bəri ABŞ-da aerokosmik sahə, nüvə tədqiqatları və digər strateji elmi istiqamətlərlə bağlı azı 10 mütəxəssis yoxa çıxıb, qəfil ölüb və ya cinayətin qurbanı olub.
Ağ Evdə məsələ ilə bağlı xüsusi müşavirə keçirilib. ABŞ Prezidenti Donald Tramp hadisələrin təsadüf olub-olmadığının yaxın vaxtlarda məlum olacağını bildirib.
FTB direktoru Keş Patel isə alimlərin məxfi informasiyaya çıxışı, xarici agentlərlə mümkün bağlantılar və cinayət izləri baxımından araşdırıldığını qeyd edib.
Hadisələr Trampın UNO-larla bağlı gizli sənədləri açıqlamaq planları fonunda müxtəlif konspirologiya nəzəriyyələrinə də səbəb olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:52 / 28.04.2026
Yadplanetliləri araşdıran 10 alim yoxa çıxdı - SENSASİON DETALLAR
Hazırda oxunan: Yadplanetliləri araşdıran 10 alim yoxa çıxdı - SENSASİON DETALLAR
Hazırda oxunan: Yadplanetliləri araşdıran 10 alim yoxa çıxdı - SENSASİON DETALLAR
609900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































