Rusiyanın Primorye bğlgəsində həkimlər kişinin gözündən metal parçasını çıxararaq onun görmə qabiliyyətini qoruyublar.
Bizim.Media xəbər verir ki, kişi şlifləyici metal fırça ilə işlədikdən sonra xəstəxanaya müraciət edib. Metal gözünə daxil olaraq içəri keçib.
Primorye Səhiyyə Nazirliyinin məlumatına görə, metal parçası nisbətən təhlükəsiz zonada ilişib qalıb. Əgər metal bir neçə millimetr də irəli keçsəydi, pasiyent görmə qabiliyyətini itirə bilərdi.
Həkimlər əməliyyat zamanı təxminən 0,5 santimetr uzunluğunda yad cismi ehtiyatla çıxarıb, zədələnmiş sahəni tikiblər.
Müdaxilədən sonra iltihabın qarşısını almaq üçün xəstəyə müalicə təyin olunub.
Hazırda pasiyentin vəziyyətinin yaxşılaşdığı bildirilir.



Bizim.Media




































































































