ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

Hazırda oxunan: ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir
608072
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp bildirib ki, nümayəndə heyəti danışıqlar üçün Pakistanın paytaxtı İslamabada yola düşür və sabah axşam orada olacaq.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
 

“New York Post” yazır ki, İranla bağlı danışıqlar bu həftə yenidən başlayacaq. Məlumata əsasən, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də səfərə hazırlaşır.



Tramp qeyd edib ki, yeni danışıqlar raundu İran müharibəsinin dayandırılması məqsədi daşıyır.

Bildirilib ki, Uitkoff bazar ertəsi axşam İslamabada çatacaq, Kuşner isə çərşənbə axşamı nəzərdə tutulan danışıqlarda iştirak edəcək.

Qeyd edək ki, danışıqlar İranın Hörmüz boğazından keçmək istəyən tankerlərə atəş açmasından sonra bərpa olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO