Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib:

Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib: "Müstəqilliyimizi tanıyın"

Hazırda oxunan: Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib: "Müstəqilliyimizi tanıyın"

606149

"Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözləyir".

Bunu Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest AzTV-yə müsahibəsində deyib.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan M.Forrest vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı onlar üçün çox pozitiv mesaj olub.

Daimi müvəkkil söyləyib ki, Yeni Kaledoniya xalqı onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə aparır.

"Biz Fransaya qarşı apardığımız azadlıq mübarizəsində Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüququmuzun dəstəklənməsini istəyirk. Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram", - M.Forrest deyib.

Onun fikrincə, Fransa rəhbərliyinin qardaşlıqdan, xalqların dostluğundan danışması paradoksal haldır və reallıqdan çox uzaqdır.

Yeni kaledoniyalı diplomat buna nümunə kimi Fransanın Əlcazairdə törətdiyi soyqırımılarını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO