2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA

2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA

Hazırda oxunan: 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA

638511

Külli miqdarda vergi borcu olan iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Bizim.Media xəbər verir ki, Ağcabədi rayon sakininə məxsus şirkətin dövlət büdcəsi və fondlara ümumilikdə 1 milyon 881 min 931 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcların ödənilməsi ilə əlaqədar MMC-yə dəfələrlə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

 

Nəticədə həmin idarə son olaraq, MMC-nin 41 yaşlı rəhbəri qarşısında məhkəmədə iddia qaldırıb. İddiada həmin borclar ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.

 

Şirvan Kommersiya Məhkəməsi iddianı təmin edərək, 41 yaşlı biznesmenin Azərbaycandan çıxışına qadağa qoyub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO