Zelenski: “Rusiya ötən ay Ukraynaya 6 mindən çox dron, 158 raket atıb”

Zelenski: “Rusiya ötən ay Ukraynaya 6 mindən çox dron, 158 raket atıb”

Hazırda oxunan: Zelenski: “Rusiya ötən ay Ukraynaya 6 mindən çox dron, 158 raket atıb”
593851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın bir çox bölgəsində vacib infrastrukturun bərpası üçün təmir işləri davam edir. Təkcə yanvar ayında Rusiya Ukraynaya qarşı 6000-dən çox hücum dron, təxminən 5500 idarə olunan hava bombası və 158 müxtəlif növ raket atıb.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Teleqram" səhifəsində yazıb.

Zelenski bildirib ki, hücumların demək olar hamısı enerji infrastrukturunu, dəmir yollarını hədəfə alıb.
 

"Hücumlar hazırda davam edir. Son bir həftə ərzində Rusiya Ukraynaya qarşı 980-dən çox hücum dronu, təxminən 1100 idarə olunan hava bombası və iki raket istifadə edib. Biz Rusiyanın şəhərlər və icmalar arasında logistika və nəqliyyat əlaqələrini pozmaq cəhdlərini sənədləşdiririk. 


Buna görə də səmanı qorumaq ehtiyacı aradan qalxmayıb. “Patriot”, NASAMS, F-16 və digər platformalar üçün raketlərə hər gün ehtiyac var. Bunu başa düşən və kömək edən bütün tərəfdaşlara təşəkkürümü bildirirəm”, - deyə Zelenski əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO